Səhiyyə
TƏBİB koronavirusa yoluxan alimlə bağlı məsələləri nəzarətə götürdü
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.
AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.
"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər", - məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl institut İdris Abbasovun səhhəti ilə bağlı məsələnin AMEA-nın diqqətində olduğu və rəhbərlik tərəfindən ona hər cür maddi və mənəvi kömək göstəriləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, ötən gün tənqidçi Əsəd Cahangir koronavirusa yoluxduğu təsdiqlənən İdris Abbasovun və həyat yoldaşının hələ də xəstəxanaya yerləşdirilmədiyi və heç bir tibbi yardım almadığı barədə məlumat yayıb.
O qeyd edib ki, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir. O, İ.Abbasovun övladlarının da quru öskürəyi və qızdırması olduğunu bildirib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı