TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı
Bizi izləyin

Səhiyyə

TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 433 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 676 252 test aparılıb. Onlardan 29 633-nin cavabı pozitiv çıxıb. İndiyədək 408 nəfər COVID-19-dan dünyasını dəyişib, 22 082 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7 143 nəfərdir. 313 nəfər reanimasiyada, 76 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 321 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 535 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm