Səhiyyə
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
ÜST-nin məlumatına görə, son 24 saat ərzində 278 291 nəfər yeni növ koronavirusa yoluxub, 6815 nəfər isə dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur, dünyasını dəyişənlərin sayı azalır. Bu isə həkimlərimizin əməyi sayəsindədir. Xəstə sayı artdıqca, verilən xidmətin keyfiyyəti də aşağı düşə bilər".
O qeyd edib ki, yoluxma sayı azaldığı üçün mərhələli şəkildə yumşalmalara gedirik: "Bizi qınayırlar ki, insanları qorxuduruq. Lakin payız fəslində bütün dünyada virusun yayılması gözləniləndir. Qapalı şəkildə qaydalara riayət etməliyik. Bunun məsuliyyəti bizim və sahibkarların üzərinə düşür. Eyni zamanda açıq havada da özümüzü qorumalıyıq. Çalışaq ki, sıxlıq olmayan ərazilərdə olaq. Nəzərə alaq ki, hər birimiz karantin rejimindən yorulmuşuq. Bir yerə toplaşmaq nəticəsində ailədaxili yoluxmaların şahidi olmuşuq. Bu səbəbdən mərhələli şəkildə yumşalmalara gedək və qaydalara riayət edək. Əks halda gözümüzü yummaqla problem həll olmayacaq".
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı