Səhiyyə
Bu şəxslərə vaksin vurulmayacaq
Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, inoktivləşdirilmiş vaksinlərin əlavə təsiri yox dərəcəsindədir: "Vaksinin tərkibindəki vaksinə qarşı allergik təsirlər ola bilər. Bu, dünyada nəzərə alınan haldır. Vaksinasiyanın təkrar aparılması gələcəkdə məlum olacaq. Əgər vaksin vurulubsa, şəxsin haraya getməsindən asılı olmayaraq o immunizasiya olunmuş hesab olunur".
Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusdan sağalan şəxsin yoluxmasından 4-5 ay keçibsə, onun vaksinasiya olunmasına ehtiyac yoxdur: "Bir çox ölkələrdə koronavirusa yoluxanlar vaksinasiya olunmurlar. Onların vaksinasiyası ikinci mərhələdə düşünülür".
A.Allahverdiyev vurğulayıb ki, vaksinin immunigenliyini artırmaq üçün ona müxtəlif kimyəvi maddələr əlavə edilir: "Əgər əlavə fəsadlar baş verərsə, bu, əlavələr səbəbilə ola bilər. Vaksinə qarşı allergiya ola bilər, lakin bu, çox ciddi deyil. Çünki 3-cü fazadan sonra vaksinlər təsdiqlənir və istifadəyə verilir".
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?