Dövlət hesabına böyrək köçürülənlərin sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Dövlət hesabına böyrək köçürülənlərin sayı açıqlandı

Hazırda Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ötən il 3,6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə, 1000-dən artıq böyrək köçürülən xəstə ilə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

Sənədə əsasən, ötən il 1,1 min yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib. 135 nəfər Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə göndərilib. Bunlardan uyğun gələn 18 xəstəyə böyrək nəqli əməliyyatı icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm