Azərbaycanda kütləvi vaksinasiya başlayır - BU TARİXDƏN
Bizi izləyin

Səhiyyə

Azərbaycanda kütləvi vaksinasiya başlayır - BU TARİXDƏN

Mayın 10-dan etibarən bütün ölkə üzrə 18 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, cəmiyyətimiz məsuliyyətlilik prinsipinə uyğun olaraq tamlılıqla vaksinasiya qatılmalıdır: "Hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram. Əzizlərinizin, doğmalarınızın həyatını düşünərək, cəmiyyətin normal həyata qayıdışını vaksinasiya ilə təmin edə biləcəksiniz. Peyvənd olunmaq digər qoruyucu vasitələrdən imtina etməyə icazə vermir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm