Türkiyədə daha 237 nəfər COVID-19-un qurbanı oldu
Bizi izləyin

Səhiyyə

Türkiyədə daha 237 nəfər COVID-19-un qurbanı oldu

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 237 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 341 854 nəfər test edilib, onların 27 692-nin koronavirus testi pozitiv nəticə verib, 23 197 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 104 593 216 peyvənd tətbiq edilib ki, bunun 84,58 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm