Səhiyyə
Səhiyyə Nazirliyinin yeni prioritetləri AÇIQLANDI
"Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin Ekspert Şurasının və Tibbi Elmi Şuranın qərarına əsasən, Azərbaycanda könüllü olaraq, hər iki valideynin razılığı əsasında xüsusən də xroniki xəstəlikləri olan 12-18 yaşlı uşaqlara "Pfizer" vaksini tətbiq edilir".
Publika.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə yetərincə bütün vaksin növlərindən var: "Nəinki yerli vətəndaşlar, həmçinin ölkədə daimi yaşayış haqqını qazanmış şəxslər də istənilən vaksini seçib vaksinasiya prosesindən keçə bilər. Bu, böyük nailiyyətdir. Bildiyiniz kimi, koronavirus daim mutasiyaya uğrayır. Onun "delta", "delta+" və digər ştamları aşkarlanır və ölkədə buna görə analizlər aparılır. Bu, daimi prosesdir və ondan qorxmaq lazım deyil. Sadəcə hazır olmalıyıq və anlamalıyıq ki, xəstəlik hələ bitməyib".
Teymur Musayev 2022-ci il üçün Azərbaycan səhiyyəsində gözlənilən yeni prioritetləri də açıqlayıb: "Yeni əsas proritetlər bunlardır - həmişəki kimi ana və uşaq, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin üzvlərinin sağlamlığı, onlara dəstək və bir neçə iri, müasir layihələrin həyata keçirilməsi".
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO