Səhiyyə
Azərbaycanda 3 yaşdan böyük uşaqlar vaksin oluna bilər - Rəsmi açıqlama
Çində "Sinovac" vaksininin 3 yaşdan böyük uşaqlar üçün istifadə olunması ilə bağlı tədqiqatlar aparılır. Yekun nəticələr əldə olunan kimi ekspert qruplarımızla müzakirə olunacaq və bundan sonra qərar qəbul ediləcək.
Publika.az xəbər verir ki, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda vaksinasiya yaşının azaldılmasının mümkünlüyü barədə Trend-in sualını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycanda hazırda 12-18 yaşlı uşaqlar valideynlərin istəyi ilə peyvənd olunur: "ABŞ-da 5 yaşdan 11 yaşadək uşaqların peyvəndlənməsinə icazə verilir. Bunun üçün xüsusi "Pfizer" vaksinindən istifadə olunur".
Azərbaycanda pandemiya ilə bağlı cari vəziyyətdən danışan T.Musayevin sözlərinə görə, bir müddət əvvəl yoluxma sayının artmasına səbəb insanların uğurlu vaksinasiya kampaniyası fonunda arxayınlaşması və sosial məsafə, fərdi müdafiə qaydalarına əməl etməməsidir:
"Mən hələlik "delta plyus" ştammı barədə məlumat olmadığı üçün nəsə deyə bilmərəm. Biz müntəzəm olaraq əlavə vaksinlərin gətirilməsi məsələsi üzərində işləyirik. Zərurət yaranacağı halda biz əlavə vaksin satın alacağıq".
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO