Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, buster doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm