Səhiyyə
Nyu-Yorkda FÖVQƏLADƏ VƏZİYYƏT: Meymunçiçəyi kütləvi yayılır
Nyu-York ştatında meymunçiçəyi xəstəliyinin kütləvi yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Publika.az xarici KIV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət administrasiyası məlumat yayıb.
Bu barədə açıqlama verən qubernator Keti Hokul ştatda meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı son məlumatları təhlil edildikdən sonra, virusa qarşı mübarizə səylərini gücləndirmək üçün fövqəladə vəziyyət elan etmək məcburiyyətində qaldığını bildirib.
"Yoluxma hallarının dörddə biri Nyu Yorkda baş verir. Mən və komandam ştatı daha çox peyvəndlə təmin etmək, testləri genişləndirmək və epidemiya zamanı əhalini təhlükədən qorumaq üçün gecə-gündüz işləyirik" - K.Hokul qeyd edib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin (CDC) son məlumatına görə, dünən Nyu-York ştatında 1345 yoluxma halı qeydə alınıb.
Rövşən Ziya
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu