Səhiyyə
Yayın ən narahatedici xəstəliyi - İSHAL
Yay aylarında qarıngetməsi və qripə yoluxma kimi diskomfort yaradan problemlərin müxtəlif yaranma səbəbləri, eyni zamanda müalicə üsulları da mövcuddur.
Publika.az sahənin mütəxəssislərinə istinadla bildirir ki, ishalın yaranma səbəbləri çoxdur. Bunların sırasında aşağıdakıları xüsusi seçdirmək mümkündür:
- isti hava şəraiti;
- iqlim dəyişikliyi və xaricə səyahət;
- mövsümi meyvə, giləmeyvə və tərəvəzdən bol istifadə;
- mənşəyi naməlum şirələr, qazlaşdırılmış sular.
Bunun ardınca nə baş verir:
- qida zəhərlənmələri, virus və bakterial infeksiyaları (rotavirus, adenovirus, qızılı stafilokokk, salmonella, bağırsaq çöpü və s.), allergiyalar, həzm pozulmaları (qastrit, pankreatit, bağırsaq iltihabları), hormonal pozulmalar (tireotoksikoz - qalxanvari vəzi xəstəliyi), bəzi dərman preparatların qəbulu (işlətmə dərmanları, bir çox antibiotiklər, qan laxtalanmasına qarşı olan preparatlar, aritmiyanın müalicəsində istifadə olunan preparatlar və s.), stress.
Diareya (qarıngetmə) bəzi hallarda çox ciddi xəstəliklərin əlaməti ola bilər.
Adətən diareyanı evdə müalicə edirlər
Beləliklə, kəskin diareya zamanı səbəbindən asılı olmayaraq ilk növbədə xəstə mütləq müəyyən pəhriz saxlamalıdır. Pəhriz ishal zamanı çox vacib müalicəvi rol oynayır.
İshal zamanı bu qidaların qəbulu birmənalı şəkildə qadağandır:
- qara çörək, təzə meyvə-tərəvəz və giləmeyvələr, ədviyyatlar, duzlu, yağlı, qızarmış, hisə verilmiş qidalar, un məmulatları, süd və yağlı süd məhsulları (yağsız duzsuz şor və yağsız yoqurt - bioyoqurt olar), paxlalılar (lobya, noxud), göbələk, bütün növ şirniyyatlar, qazlı içkilər, qəhvə, soyuq içkilər və qidalar.
İshalın 1-ci və 2-ci günləri banan, bişmiş düyü (düyü həlimi), alma püresi (şəkər əlavə olunmur), suxarı yemək olar. Əgər iştaha yoxdursa, zorla yeməyin. Bağırsaqlara dincəlməyə imkan verin. Amma maye mütləq qəbul edin.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?