Səhiyyə
Görmə problemi olanların nəzərinə: Müalicəsi tapıldı
Alimlər görmə itkisinə səbəb olan tor qişanın zədələnməsini aradan qaldıra bilən dərman hazırlayıblar.
Publika.az xəbər verir ki, tədqiqat Cənubi Koreyanın KAIST Universitetində aparılıb.
Araşdırmanı aparan professor Cin Vu Kim və komandası müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) bloklayaraq, optik sinirlərin bərpasını təmin edib.
Araşdırmalara görə, “PROX1” zülalı tor qişanın bərpasını əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpanı dayandırır.
Bu tapıntılara əsaslanaraq, komanda “PROX1”-i zərərsizləşdirən xüsusi antikor hazırlayıb. Bu antikor siçanlarda retinal hüceyrələri və görmə qabiliyyətini bərpa etməyə imkan verib.
Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb. Klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır.
Roza
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
İdman15:53Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO



































.jpg)