Səhiyyə
Qırx yaşdan sonra ürəyi qorumağın səkkiz qızıl qaydası
“Semeynaya” klinikalar şəbəkəsinin kardioloq və terapevti Kseniya Makeeva bildirib ki, ürək sağlamlığını qorumaq istəyən 40 yaşdan yuxarı insanlar səkkiz sadə qaydaya əməl etməlidirlər.
Publika.az xəbər verir ki, həkim bu qaydaları Lenta.ru-ya müsahibəsində açıqlayıb.
Makeeva ilk növbədə yuxu rejiminə riayət etməyi tövsiyə edib. O xəbərdarlıq edib ki, müntəzəm olaraq altı saatdan az yatmaq arterial hipertoniyanın, ürəyin işemik xəstəliyinin və müxtəlif aritmiyaların inkişaf riskini artırır.
Ürək sağlamlığı üçün müntəzəm fiziki aktivlik də az əhəmiyyət daşımır.
“Birdən-birə ağır məşqlərə başlamağa və Olimpiya rekordları qırmağa çalışmaq lazım deyil. Əvvəllər idmanla məşğul olmamısınızsa, heç olmasa, hər gün piyada gəzməklə başlayın. Optimal göstərici həftədə 150 dəqiqə orta intensivlikli fiziki aktivlikdir. Bu, sürətli yeriş, üzgüçülük və ya skandinav yerişi ola bilər”, - deyə həkim məsləhət verib.
Makeevanın daha bir tövsiyəsi balanslaşdırılmış qidalanmaya riayət etməkdir. O, ciddi tibbi göstərişlər olmadığı təqdirdə məhdudlaşdırıcı pəhrizlər əvəzinə “Harvard boşqabı” qaydasına əməl etməyi tövsiyə edib.
Onun sözlərinə görə, qida rasionuna ürəyi qoruyan məhsullar da daxil edilməlidir: yağlı balıq (omeqa-3), qoz-fındıq, zeytun yağı, həmçinin banan, qaysı qurusu və avokado kimi kaliumla zəngin tərəvəz və meyvələr.
Həkim əlavə edib ki, ürək xəstəliklərinin profilaktikası üçün zərərli vərdişlərdən imtina etmək, çəkini nəzarətdə saxlamaq, arterial təzyiqi izləmək, hər il profilaktik tibbi müayinədən keçmək, eləcə də stresslə mübarizə aparmağı bacarmaq vacibdir.
Hüseyn İbadlı
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
-
Yaxın Şərq16:05Ərəb Koalisiyası husilərə qarşı hərbi əməliyyata başladı
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır




































