KTMT bioloji təhdidlərə qarşı hərəkətə keçdi - Üçillik plan təsdiqləndi
Bizi izləyin

Səhiyyə

KTMT bioloji təhdidlərə qarşı hərəkətə keçdi - Üçillik plan təsdiqləndi

KTMT bioloji təhdidlərə qarşı hərəkətə keçdi - Üçillik plan təsdiqləndi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bioloji təhlükəsizlik məsələləri üzrə üçillik fəaliyyət planını təsdiqlədi.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov məlumat verib.

Bu istiqamətin prioritet hesab edilməsi COVID-19 pandemiyası və patogenlərin mənşəyi ilə bağlı qeyri-müəyyənlik kimi qlobal təhdidlərlə əlaqədardır. Bioloji risklərə kollektiv şəkildə cavab verilməsinin zəruriliyi nəzərə alınaraq, Rusiyanın sədrliyi dövründə irəli sürülən təşəbbüslə bioloji təhlükəsizlik 2026-cı il üçün təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

Planın praktiki icrası çərçivəsində artıq yaradılmış KTMT-nin Koordinasiya Şurası altı iclas keçirib. Bundan əlavə, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) “Mikrob” Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutuna bu sahədə baza elmi-tədqiqat təşkilatı statusunun verilməsi mühüm addım olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm