Səhiyyə
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Uqanda Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası fonunda Afrikada ilk dəfə “Bundibugyo” Ebola virusuna qarşı mRNT əsaslı namizəd peyvəndin 1-ci faza klinik sınaqlarına start verib.
Publika.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, “mRNA-1469-P102” adlı sınaq Uqandanın tənzimləyici qurumlarının icazəsindən sonra Uqanda Virus Tədqiqatları İnstitutu (UVRI) və ABŞ-nin “Moderna” əczaçılıq şirkətinin əməkdaşlığı ilə həyata keçirilir.
Açıqlanan birgə bəyanatda bildirilir ki, tədqiqat çərçivəsində 1 yaşdan 65 yaşadək təxminən 224 sağlam könüllü üzərində peyvəndin təhlükəsizliyi və immunogenliyi qiymətləndiriləcək. Bəyanatda qeyd olunub: “Könüllülərin müayinəsi və tədqiqata cəlb olunması prosesi artıq başlayıb, iştirakçılar peyvənd vurulduqdan sonra, təxminən bir il müddətində müşahidə altında saxlanılacaqlar”.
Mərkəzi qərargahı Norveçdə yerləşən və epidemiya təhlükələrinə qarşı peyvəndlərin hazırlanmasını maliyyələşdirən Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) bu peyvəndin hazırlanmasını dəstəkləmək üçün “Moderna” şirkətinə 58,5 milyon ABŞ dolları ayırıb.
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır









.jpg)


























