Səhiyyə
Nazir “Səhiyyə əlaçısı” medallarını kimlərə verib? - Əsasnamə pozulub
Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bir qrup səhiyyə işçisi sözügedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər.
Belə ki, hər il iyun ayının 17-i ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Bu il də medalın kimlərə veriləcəyi ilə bağlı müəyyən şübhələr var. Səhiyyə işçiləri ötən il bu məsələdə haqsızlığa yol verildiyinin şahidi olduqlarından bunun yenə təkrar olunacağını düşünürlər.
Adının çəkilməsini istəməyən mənbə Teleqrafa açıqlamasında bildirib ki, ötən il “Səhiyyə əlaçısı” döş nişanı verilən zaman əsasnamə qaydaları pozulub.
Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil.
Qeyd edək ki, əsasnamənin birinci bəndinə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin, bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir.
Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, səhiyyə sahəsində işləmələrinin 10 ili tamam olmayıb. Bu, əsasnamənin birinci bəndinə ziddir.
Məlumata görə, aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dostdurlar. Onlar uzun müddət “Tusi” klinikasında birlikdə çalışıblar. T.Babayevin təltif olunmasında məhz bu amilin böyük rol oynadığı vurğulanır.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















