Səhiyyə
Qrip peyvəndi qadınlara gözlənilməz ZƏRBƏ VURURMUŞ
Qripə qarşı peyvənd, həmçinin qrip və COVID-19 peyvəndlərinin eyni vaxtda tətbiqi qadınlarda menstrual dövrünün uzunluğunun müvəqqəti dəyişməsi ilə əlaqələndirilə bilər.
Publika.az xəbər verir ki, b barədə "JAMA Network Open"də dərc olunan araşdırmada deyilir.
Alimlər hormonal kontrasepsiyadan istifadə etməyən 18-45 yaş arası 1501 qadının məlumatlarını təhlil ediblər. Müşahidə menstruasiya dövrünü izləməyə imkan verən mobil proqram vasitəsilə aparılıb. Diqqət peyvənddən əvvəl, peyvənd zamanı və peyvənddən sonrakı dövr uzunluğundakı dəyişikliklərə yönəldilib.
Yalnız qrip peyvəndi olunan iştirakçılarda menstruasiya dövrünün uzunluğu orta hesabla 0,4 gün artıb. Hər iki peyvəndi eyni gündə alanlar üçün dəyişiklik 0,49 gün olub. İştirakçıların 5-6 faizində 8 gün və ya daha çox dövr uzunluğunda dəyişiklik müşahidə olunub, lakin əksər hallarda növbəti dövrədə göstəricilər ilkin vəziyyətə qayıdıb.
Müəlliflər vurğulayıblar ki, təsir yalnız peyvəndin menstruasiya dövrünün follikulyar mərhələsində (ovulyasiyadan əvvəl dövrün birinci yarısı) baş verdiyi hallarda müşahidə edilib. Peyvəndlərin menstruasiya dövrünün ikinci yarısında tətbiqi zamanı statistik əhəmiyyətli dəyişikliklər qeydə alınmayıb.
Dövr uzunluğundakı dəyişikliklər klinik cəhətdən əhəmiyyətli hesab edilməsə də, tədqiqatçılar qeyd ediblər ki, hətta kiçik və qısamüddətli dəyişikliklər xəstələrdə narahatlıq yarada bilər. Narahatlığı və peyvəndlərə inamsızlığı azaltmaq üçün peyvənd edərkən bunu nəzərə almağı tövsiyə edirlər, xüsusən yanlış məlumatların yayılması kontekstində.
Hüseyn İbadlı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var

































.jpg)



