Səhiyyə
Azərbaycanda nazir koronavirusa YOLUXDU
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib.
"Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib", - qurumdan bildirilib.
Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.
Məcnun Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri "Yeni Sabah" yayıb.
Xatırladaq ki, nazir mayın 12-də Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















