Səhiyyə
Ağciyər xərçənginin GİZLİ ƏLAMƏTİ - Barmaq uclarına diqqət yetirin
Ağciyər xərçənginin erkən əlamətlərindən biri barmaq uclarında müşahidə edilə bilən dəyişiklikdir. Xüsusilə bu, dırnaqların və onların ətrafındakı dərinin vəziyyəti ilə bağlıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri parıldamağa başlayıbsa, qızarıbsa, bu, narahatedici əlamət ola bilər. Bundan əlavə, bəzi hallarda xərçəng zamanı barmaq uclarındakı yumşaq toxumalar şişir və dırnaqların forması dəyişir.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Belə bir vəziyyətlə qarşılaşan şotlandiyalı fitnes təlimatçısı Brayan Cemmell yaşadıqlarını bölüşüb.
Onun sözlərinə görə, bu problemi müşahidə etmək üçün baş və ya işarə barmaqlarının dırnaqlarını bir-birinə sıxıb, aralarında romb şəkilli boşluğun olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə boşluq yoxdursa, bu, ağciyər bölgəsində maye toplanmasının mümkün əlaməti ola bilər.
"Mənim vəziyyətimdə yeganə simptom barmaqların bir növ qalınlaşması idi. Onlar sanki bir az şişmişdi. Barmaqlarımı birləşdirəndə həmin rombşəkilli boşluq yox idi", - deyə Cemmell qeyd edib.

Həkimlərin qiymətləndirməsinə görə, bu cür dəyişikliklər ağciyər xərçəngi olan xəstələrin təqribən 10 faizində müşahidə olunur. Bildirilir ki, xərçəng zamanı barmaq uclarındakı dəyişikliklər adətən həm sol, həm də sağ əllərdə baş verir.
Həkimlər əlavə ediblər ki, ağciyər xərçənginin ən çox rast gəlinən simptomlarına aşağıdakılar daxildir:
- İki-üç həftə ərzində keçməyən uzunmüddətli öskürək (çox vaxt gecə və ya səhər yuxudan oyananda müşahidə olunur);
- Sinədə ağrı;
- Təngnəfəslik;
- Apatiya (ümumi ruh düşkünlüyü);
- Sürətli çəki itkisi. (Oxu.az)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















