Səhiyyə
Qalmaqallı direktor İŞDƏN ÇIXARILDI
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb.
Xəbəri Goranboy rayon Mərkəzi Xəstəxanasından təsdiq ediblər.
Xatırladaq ki, o bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Ötən il onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.
2024-cü ilin fevral ayında isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.
Həmin ilin oktyabr ayında isə barəsində vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürülərək cinayət işi açılmışdı.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























