Səhiyyə
Şokoladın tərkibində nəsillər üçün TƏHLÜKƏLİ METAL - Hətta nəvələrə də...
Mayami Universitetindən olan amerikalı bioloqlar şokoladda tez-tez rast gəlinən ağır metal olan kadmiumu istehlak etməyin qorxulu nəticələrini müəyyən ediblər. Alimlərin fikrincə, bu toksin nəinki istehlakçının sağlamlığına zərər vurur, hətta onun gələcək övladlarına, hətta nəvələrinə də mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, tədqiqat nəticələri "Consumer Reports" (ConsRep) elmi jurnalında dərc olunub.
Alimlər ABŞ-da mövcud olan məşhur şokolad markalarında yüksək səviyyəli kadmium və qurğuşun aşkar ediblər.
Mütəxəssislərin fikrincə, zebra balığı (genləri insanlarınki ilə 74% eynidir) üzərində aparılan sınaqlar kadmiumun orqanizmdə 10-30 il yarımxaricolma dövrü ilə toplandığını təsdiqləyib.
Metal ürək problemləri və digər ciddi xəstəliklərə səbəb olur. Elementin zəhərli təsiri nəsildən-nəslə ötürülür.
Alimlər istehlakçıları şokolad və digər məhsulları (düyü, tortlar, dəniz məhsulları) seçərkən daha diqqətli olmağa çağırır ki, onların da tərkibində təhlükəli metal ola bilər. Bundan əlavə, siqaretdən imtina etmək tövsiyə olunur (tütün torpaqdan kadmiumu toplayır).
Pəhrizin kalsium, dəmir və sinklə gücləndirilməsi lazımdır. Çünki bu, kadmiyumun udulmasını azaldır və bədəni qoruyur.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























