Səhiyyə
Ölümcül virus ilk dəfə Avropaya çatdı - Simptomları necədir?
Britaniya alimləri tarixdə ilk dəfə olaraq yerli ağcaqanad populyasiyalarında Qərbi Nil virusunun olduğunu qeydə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) müntəzəm monitorinq məlumatlarına əsasən məlumat verib.
İlk dəfə 1937-ci ildə Uqandada aşkar edilən Qərbi Nil virusu Culex ağcaqanadlarının dişləməsi ilə ötürülür. Əsas daşıyıcılar quşlardır, onlardan virus insana keçə bilər.
Yoluxmuş insanların əksəriyyəti (80%) simptomlar hiss etmir. Digər hallarda qızdırma və baş ağrıları, yorğunluq və əzələ ağrıları, nadir hallarda isə ağır nevroloji ağırlaşmalar mümkündür.
Mütəxəssislər virusun köçəri quşlar tərəfindən gətirildiyini ehtimal edirlər. İngiltərənin cənub-şərqindəki çayırlardan toplanan ağcaqanad nümunələri PCR testlərində müsbət nəticə verib. Lakin virusun genetik materialının olması onun yoluxucu olması demək deyil.
Virus bütün dünyada aktiv şəkildə yayılır. 1999-cu ildən bəri ABŞ-da 60,000 hadisə qeydə alınıb, onlardan 3,000-i ölümlə nəticələnib. 2024-cü ildə 19 Avropa ölkəsində 1436 yoluxma halı qeydə alınıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























