Səhiyyə
Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ
Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəzən Dağınıq Skleroz (MS) xəstəliyinin ilk əlamətləri ola bilər.
Publika.az xəbər verir ki, Türkiyədə bu xəstəliklə təxminən 80 min insan mübarizə aparır və əlamətlərin erkən aşkarlanması həyati əhəmiyyət daşıyır.
Dosent Doktor Nurettin Diker bildirib ki, bəzi hallarda MS ilk olaraq beyindən deyil, ağız və çənə nahiyəsindən özünü göstərir:
"Üz ağrısı, çənədə uyuşma, udma və danışma çətinliyi kimi şikayətlərlə bizə müraciət edən xəstələrdə əslində MS-in ilkin əlamətləri müşahidə edilir. Təəssüf ki, bu hallar bəzən illərlə düzgün diaqnoz qoyulmadığı üçün müalicə gecikir", - deyə mütəxəssis qeyd edib.
Dikerin sözlərinə görə, diş həkimləri də bu əlamətləri fərq edərək erkən diaqnoz üçün həkimə yönləndirə bilərlər. MS xəstələrində diş əti xəstəlikləri və kariyes riski daha yüksək olur ki, bu da yalnız ağız sağlamlığını deyil, ümumi sağlamlığı da təhdid edir.
"Əgər ağızda boşluq olmadığı halda üzdə bıçaqlanma kimi ağrılar hiss edilirsə, bu sinir mənşəli ola bilər və MS ehtimalı nəzərdən keçirilməlidir", - deyə o əlavə edib.
Mütəxəssis onu da vurğulayıb ki, MS-in müalicəsində istifadə edilən bəzi dərmanlar (antidepresanlar, antikonvulsanlar, kortikosteroidlər və s.) ağızda quruluq, dad itkisi, yanma hissi və digər xoşagəlməz təsirlərə səbəb ola bilər. Bu səbəbdən MS xəstələrinin diş müalicələri səhər saatlarına planlaşdırılmalı və qısa müddətli aparılmalıdır. (Milli.Az)
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır





















.jpg)
.png)



.jpg)

.jpg)










