Səhiyyə
Azərbaycanda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı
Beş il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı bu il qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və həmin rayondakı Koroğlu qəbiristanlığında dəfn olunub. Kişi arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, ancaq qadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.
Publika.az "Trend"ə istinadən xəbər verir ki, qadın 2020-ci ildə, 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində COVID-19-dan vəfat edib.
Həmin vaxt ərizəçinin başı qarışdığından arvadının ölümünü qeyd etdirməyib. Hazırda ölümün qeydə alınması üçün faktın təsdiq olunması zərurəti yaranıb.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə ərizə əsaslı olduğundan təmin edilib. Qadının 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























