Səhiyyə
Sərhəddə "ÖLÜMSÜZLÜK OTU" TAPILDI - Görün nələrə qadirdir / FOTO
“İnder-2025” beynəlxalq ekspedisiyası zamanı Qazaxıstan və Rusiya alimləri Astragalus cinsindən müalicəvi xüsusiyyətlərə malik yeni bitki növü aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə Həştərxan Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.
Astragalus İvanova 5-10 sm uzunluğunda çoxillik, budaqlanan tumurcuqları olan yarımkoldur. Çiçək sapları 5-8 sm uzunluğundadır. Çiçəklər adətən 4-6 çiçəkli salxımlarda olur. Meyvələr lobyay bənzəyir, 12-20 mm uzunluğundadır. Lobyanın içi boşdur, təxminən 25 toxumdan ibarətdir. Çiçəklərin tacı krem və ya açıq çəhrayı rəngdədir.
Hazırda Yer kürəsində Astragalus cinsinə aid 5000-ə yaxın bitki növü məlumdur. Qədim skiflər Astragalusu "ölümsüzlük otu" adlandırırdılar.
Universitetin yaydığı məlumatda deyilir ki, Astragalus xüsusiyyətlərinə görə jenşenlə oxşardır.
Məsələn, xərçəng və ürək xəstəlikləri kimi müxtəlif xəstəliklərlə mübarizədə immunitet sistemini gücləndirir. Astragalus da interferon istehsalını stimullaşdıran antiviral xüsusiyyətlərə malikdir.
"Astragalus soyuqdəymə, qrip, bronxit kimi xəstəliklərlə mübarizə aparmaq üçün orqanizmin daxili mexanizmlərini işə salmağa kömək edir. Astragalus preparatları qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır və qan damarlarının genişlənməsinə kömək edir ki, bu da öz növbəsində qan təzyiqinin azalmasına səbəb olur", - məlumatda deyilir.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































