Səhiyyə
Sən qadın deyilsən, kişisən: Həkimdən pasientinə ŞOKEDİCİ XƏBƏR - FOTO
ABŞ-ın Kentukki ştatının sakini interseks olaraq doğulduğunu deyib.
Publika.az xəbər verir ki, o, bu barədə "Daily Mail"ə danışıb.
27 yaşlı amerikalı Sierra Arenanın dediyinə görə, o, uşaqlıqda cinsinə heç vaxt şübhə etməyib və özünü həmişə sıradan bir qız hesab edib. Ancaq 16 yaşında yaşıdları kimi olmadığını görməyə başlayıb. Arenada menstruasiya baş verməyib və o, menopoz üçün xarakterik simptomlar yaşayıb.
Qadın bu problemlə həkimə müraciət edib. Orada o, genetik olaraq kişi olduğunu öyrənib. Məlum olub ki, Arena zahirən qadın doğulsa da, onun DNT-si kişi xromosom dəstini - XY-ni kodlayıb. Onun yumurtalıqları düzgün inkişaf etmədiyi üçün cinsi yetkinliyə çata bilməyib.
Arenanın sözlərinə görə, əvvəllər özünəməxsusluğundan utanırdı, indi isə bu barədə daha tez-tez danışmağa çalışır.
Qeyd edək ki, interseks insanlar reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri ilə tipik kişi və ya qadın xüsusiyyətlərinə uyğun gəlməyən insanlardır. Bu cür dəyişikliklər uşağın intrauterin inkişafı zamanı yaranır. Hazırda interseks insanların cinsi xüsusiyyətlərinin hormonal, xromosom, genetik və anatomik xüsusiyyətləri də daxil olmaqla 40-a yaxın variasiyası məlumdur.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































