Səhiyyə
ÜST-dən həyəcan təbili - Bu ölkədə vəba xəstəliyinə yoluxma halları üç dəfə artdı
Yəməndə vəba xəstəliyinə yoluxma hallarının sayı son üç həftə ərzində üç dəfə artıb və əhalinin kütləvi şəkildə köçməsi fonunda yoluxucu xəstəliklərin yayılması riski yüksəlməkdə davam edir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, üç həftə ərzində vəba şübhəsi olan yoluxma hallarının sayı üç dəfə artaraq 217-dən 647-yə çatıb. İl ərzində Yəməndə ümumilikdə 8034 vəba şübhəsi və 27 ölüm halı qeydə alınıb, üstəlik, bütün halların dörddə biri son dörd həftənin payına düşüb.
ÜST həmçinin köçkünlər arasında epidemik xəstəliklərin, xüsusən vəba və qızılcanın geniş yayılması barədə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə, köçkün ailələrin əksəriyyətinin məskunlaşdığı düşərgələrin yerləşdiyi beş əyalətin — Əbyən, Ləhc, Əl-Dali, Taiz və Ədənin payına halların 94%-i düşür.
Son bir ay ərzində ölkədə 11 ölüm halı da daxil olmaqla 1892 yeni vəba xəstəliyi qeydə alınıb. Ümumilikdə ilin əvvəlindən bu infeksiyaya 7871 nəfər tutulub, 27 nəfər həyatını itirib.
ÜST ayrıca olaraq ilin əvvəlindən bəri 22 mindən çox qızılca şübhəsi və bu xəstəlikdən 128 ölüm halı barədə məlumat verib. Xəstələnmə göstəricisində kəskin artım hazırda köçkün ailələrin gəldiyi Hədrəmovtda qeydə alınıb.
Hüseyn İbadlı
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?






































