
BMT-nin Təhlükəsizlik Şurası Krım məsələsilə bağlı qeyri-rəsmi
görüş keçirib. Krımın tatar azlığının üzvləri, yerli tatar lideri
Mustafa Cəmilev də görüşə qatılıb.
Publikia.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, görüşü
Litva təşkil edib. Litvanın BMT-dəki səfirinin köməkçisi Rita
Kazragien deyib ki, üzvlər ilk öncə Krım tatarlarının medianın
qərəzsizliyi və azlıqların hüquqlarına dair narahatlığını
dinləyiblər.
Krımı ilhaq edən Rusiya sessiyanı boykot edib. Rusiyanın BMT-dəki
missiyası bəyanatında bildirib ki, sessiyanın məqsədi regionda baş
verənlərin obyektiv mənzərəsini yaratmaq deyil, “qərəzli təbliğat
şousu” aparmaqdır.
Kazragienin sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri Krımın
statusuna dair referendumu qanunsuz sayır, onun ilhaqını
tanımırlar.