Sosial
Qazaxda avtomobil aşaraq yanıb: ölən və yaralanan var
Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Çaylı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.
Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Meyit və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil veriliblər.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi