Lahıcda gecələr peyda olan MÜƏMMALI CANLILAR: Onlar insanları... – (YENİLƏNİB) - VİDEO
Bizi izləyin

Sosial

Lahıcda gecələr peyda olan MÜƏMMALI CANLILAR: Onlar insanları... – (YENİLƏNİB) - VİDEO

İsmayıllı rayonunun Lahıc qəsəbəsindəi mənşəyi bilinməyən həşəratlar peyda olub.

“Son günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşarat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür”.

Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev deyib. O bildirib ki, böcəklər 3,5-6 mm, bədənin döş və qarıncıq hissələri qırmızımtıl-qəhvəyi, baş hissəsi isə qara rənglidir: “Onlara otluqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar. Təbiətdə həşaratlar arasında az rast gəlinən qışı aktiv keçirmək qabiliyətinə malikdirlər”.

Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən quyruqayaqlılar kimi kiçik həşaratlarla qidalanırlar. Yəni kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyillər və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçünsə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".

***

“Qəsəbədə həşəratlar oktyabrın 2-dən peyda olub. Onlar insanlar və bitkilərə zərər vermir”.

Bu barədə Publika.az-a İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinləri məlumat verib.

Sakinlər bildirib ki, bu həşəratlar isti yerləri sevir və işığa toplaşır. Onlar çox kiçik və şabalıdı rəngdədirlər. Əslində gündüz saatlarında da onları görmək olar, ancaq hava işıqlı olduğuna görə onları seçmək çətin olur. Axşam qaranlıqda isə işığın ətrafında daha dəqiq görünürlər.

Bu vaxta qədər heç kim onlardan zərər görməyib. Sakinlər onu da bildirib ki, son 2-3 ildir ki, bu aylarda peyda olurlar. Soyuq havada isə məhv olurlar. Sakinlər bu barədə yerli icra nümayəndəsinə məlumat verdiklərini bildiriblər. Bu həşəratlar qablaşdırılaraq şəhər laboratoriyasına göndəriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Publika.az-a bildirdilər ki, Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.

***

İsmayıllı rayonunun Lahıc qəsəbəsindəi mənşəyi bilinməyən həşəratlar peyda olub.

Bu barədə qəsəbə sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir:

“Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər həşaratların çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm.

Aidiyyəti orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə, daha da qəlizləşir”.

Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) mətbuat katibi Rövşən Ziya bildirib ki, DFNX Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır.

Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.(qafqazinfo)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm