Sosial
Başı kəsilən qadının uşaqlarından nənə-babaları da imtina etdi
“Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, komitə hazırda həmin uşaqların gələcək taleyi ilə məşğul olur: “Onlara birinci növbədə psixoloji dəstək lazımdır. Zərdabda Uşaq və Ailələrə Dəstək Mərkəzimiz var və oranın psixoloqları azyaşlılarla məşğul olur. Onlarla görüşür və reabilitasiya işləri aparırlar”.
T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər:
“Uşaqlar çox güman ki, dövlət himayəsinə veriləcək. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edir. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər”.
Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (azvision.az)
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi




































