Sosial
Deputat: “Əlillik dərəcəsi alıb bizneslə məşğul olurdular”
“Azərbaycanda çkim istəyirsə, gedib əlillik dərəcəsi almamalıdır. Bu işə ciddi nəzarət etmək lazımdır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı bildirib.
Deputat xatırladıb ki, Azərbaycanda bir neçə il öncə əlillik dərəcəsi alanların sayı süni şəkildə artırdı:
“Hətta, bəzi insanlar əlillik dərəcəsi alıb, Rusiyada və digər ölkələrdə ərazilərdə bizneslə məşğul olurdular. Bu baxımdan da əlillik dərəcəsi alanların hamısı yoxlanılmalıdır. Kütləvi olaraq, hər kəs gedib əlillik dərəcəsi almamalıdır. Mən bu məsələyə hörmətli nazir Səlim Müslümovun da münasibət bildirməsini istərdim”.
M.İbrahimqızı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova təşəkkür də edib:
“Səlim Müslümov islahatçı nazir olaraq, cəmiyyətə özünü tanıdıb. Doğrudan da biz deputatlar seçicilərin problemlərinin həlli üçün nə zaman Səlim Müslümovdan xahiş etmişiksə, o, hər zaman bizə kömək edib. Buna görə mən hörmətli nazirimizə bir daha təşəkkür edirəm”.
Vasif Həsənli
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər