Şəmkirdə ŞOK OLAY - "Belə xəstəlik görməmişəm, yeyə-yeyə ölürlər" - - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Şəmkirdə ŞOK OLAY - "Belə xəstəlik görməmişəm, yeyə-yeyə ölürlər" - - FOTO/VİDEO

Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.

Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.

Hadisə Şəmkir sakini Həbib Hüseynovun təsərrüfatında qeydə alınıb. Xırda davarları naməlum şəraitdə tələf olduğundan fermer baytar həkimləri də məlumatlandırıb.

Təsərrüfat sahibi Həbib Hüseyn deyir ki, indiyədək belə xəstəlik görməyib: "Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək”.

Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir".

Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məmməd Qasımov deyir ki, pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub. Bunların hamısı soyuqlamanın əlamətidir.

Məmməd Qasımovun sözlərinə görə, heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbləri Bakıdan göndəriləcək nəticələrdən sonra məlum olacaq. (arb)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm