Sosial
“Azəriqaz” vətəndaşları necə ələ salır?
Nəsimi rayonu Şamil Əzizbəyov 88 b və Zabrat qəsəbəsi Ruhulla Axundov küçəsinin sakinləri soyuq qış günlərində təbii qaza həsrət qalıb.
Sakinlərin Publika.az-a verdiyi məlumata görə, gün ərzində təbii qazın təzyiqi çox aşağı olur. Bu da evlərin normal istiliklə təchizatına və ümumiyyətlə tələbata uyğun deyil. Gün ərzində təzyiq aşağı olsa da, axşam saatlarında qaz tamamilə kəsilir. Vətəndaşlar deyir ki, gecələr havanın temperaturunun 0 dərəcədən aşağı endiyi bir vaxtda evdə istiliyin olmaması dözülməz vəziyyət yaradıb.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. İB-nin mətbuat katibi İbrahim Kərbalayev bildirdi ki, hər iki ünvanın yerləşdiyi rayonlarda bu gün aparılan təmir işləri ilə bağlı qaz təchizatında məhdudiyyət olacaq: “Bu barədə məlumat yayılıb”.
Problemin əvvəlki günlərdə də müşahidə edilməsinə gəldikdə, İ.Kərbalayev bu barədə vətəndaşlara 185 və 104 “Çağrı Mərkəzi”nə müraciət etməyi məsləhət gördü: “Bu müraciətlər əsasında əməkdaşlarımız ünvana baxış keçirib, problemin səbəbini müəyyən edəcəklər”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı