Sosial
Goranboy sakini 120 sürəti olan maşını ilə 137 km/saat sürətlə radara düşdü - - VİDEO
Goranboy sakininin başına maraqlı hadisə gəlib. Onun yük maşını 137 km/saat sürətlə radara düşüb. Həm də avtomobilin maksimum sürəti 120 km/saatdır. Sürücü bunun necə olduğunun araşdırılmasını istəyir.
"Qaynar" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, illərdir bu avtomobili sürür, başına belə hadisə gəlməmişdi.
Üstündə 27 ton yük olan avtomobil özündə olmayan sürətə görə cərimələnib. Onun yük maşını 137 km/saat sürətlə radara düşüb.
Maraqlı məqam ondan ibarətdir ki, avtomobilin ən yüksək sürət göstəricisi 120 km/saatdır. Rayonun Qızılhacılı qəsəbə sakini Mehman Əliyevə 2 həftə öncə Bakı-Ələt yolunda hərəkətdə olarkən sürət həddini 67 km/saat aşdığı üçün cərimə gəlib.
Uzun illərdir sürücülüklə məşğul qəsəbə sakini “KamAZ”-ın yüklü olduğu halda, bu qədər sürət yığa biləcəyini ağlına belə gətirə bilmir. Başına gələn tragikomik hadisə ilə razılaşmayan Mehman Əliyev məsələnin araşdırılmasını istəyir. Yazılan cərimənin isə ləğv edilməsini düzgün hesab edir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Yol Polisi İdarəsindən isə bildirilib ki, həmin sürücü idarəyə müraciət etsin. Cərimə araşdırılacaq, əgər texniki səhvlik olubsa, sürücünün cəriməsi ləğv olunacaq.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA