Daha bir qanun dəyişdirildi
Bizi izləyin

Sosial

Daha bir qanun dəyişdirildi

Cinayət yolu ilə əldə edilən pul vəsaitləri, terrorçuluğun maliyyələşdirilməsi...

Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

O, deyib ki, layihə komitədə müzakirə edilərkən Miqrasiya Xidməti və Sərhəd Qoşunları Xidmətinin nümayəndələrinin xahişi ilə gündəlikdən çıxarılıb: “Biz hökmən yaxın günlərdə bu qanun layihəsinə qayıdacağıq”.

Qeyd edək ki, sözügedən qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmişdi.

***

Milli Məclis “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edib.

Publika.az xəbər verir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, müzakirə edilən qanun layihəsinə dəyişiklik “Mühasibat uçotu haqqında” qanuna uyğunlaşdırma ilə bağlıdır.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm