Sosial
Əli Əhmədov: “Bəzi sahibkarlar vicdan hisslərini itiriblər”
“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”.
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, ilk növbədə vacib mexanizmlər yaradılmalıdır: “Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır. Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar. Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”. (apa)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi