Sosial
Azərbaycanın ən gözəl xüsusi təyinatlısı - - FOTOLAR
Publika.az II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzinin Sputnik Azərbaycan-a müsahibəsini təqdim edir:
— Tehranə, əvvəlcə özünüz haqqında danışın.
— Rusiyada doğulmuşam, amma milliyyətcə azərbaycanlıyam. Bununla belə, mənim türk, iranlı və alman köklərim də var. Mənim qanım qarışıqdır. Ailəmizlə birlikdə Samarada yaşamışam, lakin ardıcıl olaraq sevimli Azərbaycana gəlirdik, çünki burada nənəm yaşayırdı. Moskva Dövlət Pedaqoji Universitetinin hüquq fakültəsini bitirəndən sonra təhsilimi davam etdirmək qərarına gəldim və Samara Dövlət Universitetinin kliniki psixologiya istiqaməti üzrə qiyabi şöbəsinə daxil oldum.
— Artıq siz Azərbaycanda yaşayırsız?
— Hələ deyə bilmərəm ki, tamamilə bura yerləşmişəm. Amma hələlik
Azərbaycanda yaşayıb işləyirəm. Gələcəkdə ola bilsin ki, Rusiyaya
gedəcəm və orada xidmət edəcəm. — Tehranə, siz ixtisasca hüquqşünas
və psixoloqsuz. Və birdən-birə Azərbaycanın xüsusi təyinatlı
qoşunlarında xidmət etmək qərarına gəldiz. Bu, necə baş verdi? —
Azərbaycanın daxili qoşunları ilə müqavilə bağlayarkən, düşündüm
ki, prokurorluqda işləyəcəm, çünki bura mənə hamısından yaxındır.
Eşidəndə ki, Azərbaycan DİN-in Daxili Qoşunlarının nəzdində
qızlardan ibarət xüsusi təyinatlı qrup yaradılıb, ağlıma belə bir
ideya gəldi ki, niyə də yox?
Düşünürdüm ki, hər şey bizə filmlərdə göstərilən kimi olacaq. Amma
hər şey əksinə oldu. Bizə çox çətin oldu, çünki bizimlə - qızlarla
kişi kimi davranırdılar. Biz bütün günü məşq edirdik, hətta
istirahətə də vaxt olmurdu.
Mən təkcə fiziki olaraq deyil, psixoloji olaraq da yorulurdum.
Çünki mənimlə birlikdə xidmət edən qızlarla əlaqə qurmaq mümkün
deyildi. Onların hamısı fərqli idi, qalmaqalları sevirdilər, mən
isə təbiətən sakit insanam. Düzünü deyim, öz seçimimə görə çox
peşman oldum. Amma tədricən hərbi formanı sevdim və özümü onsuz
təsəvvür edə bilmədim. Hazırda hərbi xidmət mənim üçün birinci
yerdədir.
— Sizin üçün ən çətin olan nə idi?
— Qızlarla bir komandada xidmət etmək ən çətini idi. Mən
çalışırdım ki, heç kəsə fikir verməyim, öz işimlə məşğul olum.
Tədricən hər şeyə alışdım. Biz həmişə günün altında məşq etməli
olurduq və günəş yanığı alırdıq. Bu dəhşət idi, çünki qızlar buna
alışmamışdılar. Bundan sonra mən hətta yaya nifrət edirəm və
istəyirəm ki, həmişə qış olsun.
— Bəs ailəniz sizin orduda xidmət etmək arzunuzu necə
qarşıladı?
— Əvvəlcə onlar razılaşmadılar. Dedilər ki, mənə çox çətin olacaq,
amma fikrimdən döndərə bilmədilər. Sonra valideynlərim mənimlə fəxr
etməyə başladılar. Çünki həm hərbi xidmətdə, həm də model
biznesində uğurlar əldə etdim. Mənim yeganə səhvim hər şeyə çox
sadəlövhcəsinə inanmağımdır. Hamıya inanıram, kömək etmək
istəyirəm, amma sonra bunun əziyyətini çəkməli oluram. — Bəs siz
model biznesinə necə düşmüsüz? — Düzünü desəm, hərbi xidmətə
başlayana qədər gözəllik yarışmalarında iştirak etməyi çox
istəmişəm. Amma alınmayıb, çünki həmişə utancaq olmuşam. Həmişə iş
mənə mane olub. Bakıda gözəllik müsabiqələrinin təşkilatçıları mənə
Azərbaycanı nüfuzlu beynəlxalq gözəllik yarışmalarında təmsil
etməyi təklif ediblər.
Əvvəlcə mənə qorxulu gəlirdi, çünki peşəkar model deyildim və hər
şey mənim üçün yeni idi. Bilirdim ki, öz ölkəmi təmsil etməklə
üzərimə çox böyük məsuliyyət götürürəm. Mən taca və "Top of the
World —2015"-in ikinci vitse-missi adına layiq görüldüm. Bundan
sonra məni dəfələrlə digər müsabiqələrə də dəvət etdilər. Lakin
işimlə əlaqədar olaraq vaxt tapa bilmədim.
— Yəqin sizinlə birlikdə xidmət edən qızlar bu müsabiqədən sonra
sizə həsəd aparmağa başladılar? — Düşünmürəm ki, həsəd apardılar.
Onlar bilirdilər ki, mən həmişə gözəllik müsabiqələri ilə
maraqlanıram. Amma düşünmürdülər ki, bu işlə nə vaxtsa ciddi məşğul
olacam. Onlar mənə görə şad oldular. Düzünü desəm, müsabiqəyə
gedəndə bu barədə heç kəsə xəbər verməmişdim. Sadəcə mənim bir neçə
rəfiqəm bilirdi. Mənim haqqımda yazılandan sonra xəbər tutdular və
hamı şokda idi.
— Bəs modellər biləndə ki, onlarla birlikdə müsabiqədə
xüsusi təyinatlılardan olan qız da iştirak edir, bunu necə
qarşıladılar?
— Onlara bu qəribə gəlirdi, çünki heç vaxt belə halla
rastlaşmamışdılar. Müsabiqədə iştirak zamanı hər kəs öz istedadını
nümayiş etdirməli idi. Onların çoxu oxudu, rəqs elədi. Mən isə
hərbçi olduğum üçün xüsusi təyinatlı qabiliyyətlərimi nümayiş
etdirdim — döyüş sənəti texnikasını göstərdim. Hamıya maralı gəldi.
Məndən sonra xeyli hərbçi qız model olmaq qərarına gəldi. Mənim
iştirakımın onlara stimul verdiyini görmək xoşdur.
— Siz Azərbaycanın model biznesinin inkişafını necə qiymətləndirirsiz?
— Bir neçə il əvvəl bu sahə elə də yaxşı inkişaf etməmişdi. Lakin son illərdə bu sahəyə maraq artıb. Azərbaycanda çox gözəl qızlar var. Təəssüf ki, bizim xalq model biznesinə çox ehtiyatla yanaşır. Amma mən əminəm ki, gələcəkdə hər şey dəyişəcək.
— Sizə bir-birindən tamamilə fərqli olan iki peşəni birləşdirmək çətin deyil ki?
— Çətin deyil. Sadəcə bəziləri bunu başa düşmürlər. Sizə bir sirr açım: hansısa tədbirdə iştirak etmək üçün qız hərbi qulluqçuları seçəndə, hər şeydən çox onların zahiri görkəminə fikir verirlər. Odur ki, zahiri görkəm istənilən peşədə vacib rol oynayır. Gələcəkdə də bu hər iki peşəni birlikdə davam etdirmək niyyətindəyəm. Çünki onların arasında seçim etmək istəmirəm. Həm xidmət edəcəm, həm də model işləyəcəm.
— Həyatınızda nə vaxtsa xüsusi təyinatlı qabiliyyətlərinizdən istifadə etməyə ehtiyac yaranıb? Pərəstişkarlarınız tez-tez sizin zəhlənizi tökürlər?
— Mən həmişə öz-özümü qoruya bilmişəm. Pərəstişkarlarım haqqında deyə bilərəm ki, onların sayı çoxdur. Onların əksəriyyəti hərbi qulluqçulardır. Hətta hərdən kiməsə diqqət göstərməyəndə, bu, mənə problem yaradır. Sadəcə heç kəs mənə istəmədiyim bir işi gördürə bilməz.
— Тehranə, mənə məlumdur ki, siz kitab da yazırsız?
— Bəli, doğrudur. Mən bizim nazir Zakir Həsənova çox hörmət edirəm və ad günündə bu dərin hörmətə layiq insana ona həsr etdiyim kitabı bağışlamaq istəyirəm. Kitab "İdeal nazir — Zakir Həsənov" adlanır. O, hələ çap olunmayıb, üzərində iş gedir. Növbəti kitabımı özüm haqqında yazmaq istəyirəm.
— Hazırda nə ilə məşğul olursuz?
— Hazırda bir neçə problemimi həll edirəm, sonra isə yeni
layihələr üzərində işləməyə başlayacam. Hərdən özümü yaxşı hiss
etməyəndə heç nə ilə məşğul olmaq istəmirəm. Gözəllik
müsabiqələrində iştirak etmək, eyni zamanda da orduda xidmət etmək
fikrindəyəm.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR