Azərbaycanda eşşək pendiri satılır? – ŞOK QİYMƏT
Bizi izləyin

Sosial

Azərbaycanda eşşək pendiri satılır? – ŞOK QİYMƏT

Eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır..

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Bir çox mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır. Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Deyilənə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir.

Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

Cebhe.info suallara cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb.

Y.Xanvəli Cebhe.ino-ya açıqlamasında Azərbaycanda belə fermaların olmadığını deyib:

“Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma xarici ölkələrin mətbuatında dərc olunan məlumatlara görə, eşşək südünün litri 58-60 manatdır. Türkiyədə, bəzi Avropa ölkələrində qiymətlər belədir. Azərbaycanda isə qeyd etdiyim kimi belə fermalar yoxdur ”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm