• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

  • Sosial
  • 26 İyun 2017 13:11
  • 2 472 Baxış
Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

Ramazan bayramı münasibətilə Bakıdan rayonlara kütləvi axının olacağı günlər öncədən bəlli idi. İşləmək üçün paytaxtda yaşayanlar, doğmalarını görmək üçün rayonlara gedənlərin əksəriyyəti Bakı Beynəlxalq Avtovağzalına üz tutmuşdu. Avtovağzal rəhbərliyi isə hələ ötən həftə bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəyini açıqlamışdı. Görünən odur ki, avtovağzal rəhbərliyi təkcə iş rejimini yox, həm də sərnişinlərin əsəblərini də gücləndirmək niyyətindədir. Belə ki, bayramöncəsi əməkdaşımızın avtovağzal ərazisində müşahidə etdiyi mənzərəni qısaca belə ifadə etmək olar: Adam çox, getməyə maşın yox...

Pubika.az xəbər verir ki, gözə dəyən tək-tük avtobuslar da qiyməti qaldırıblar kəllə-çarxa.

Vaxt itirmədən yaxınlaşırıq Cəlilabad avtobuslarının dayandığı nöqtəyə. Avtobus gözləyən 15-20 nəfər sərnişin məntəqənin küncünə yığışıb ki, günəş şüasından daldalana bilsin. Sərnişinlərdən biri ilə aramda keçən qısa dialoq:

- Qardaş, maşın yoxdur?

- Vallah biz də gözləyirik...

- Olub-olmayacağı bilinmir?

- Xarabada bir adam tapmaq olur ki, söz soruşmağa?!

- Nə deyirlər bəs indi oturub gözləyək?

- Qardaş, əlimizdən nə gəlir ki? Bir saata yaxındır burdayam hələ ki maşın yoxdur.

Çox keçmir ki, gözləyən sərnişinlərin sayı 25-i ötür, amma hələ də nə avtobus var, nə də məlumat verən? Bir az da gözlədikdən sonra bir nəfər sakitcə yaxınlaşıb neçə nəfərin avtobus gözlədiyini soruşur. Sərnişinlər sevinir ki, nəhayət avtovağzal rəhbərliyi insafa gəlib avtobus təyin etmək üçün adam göndərib. Şəxs əsas məqsədini dilə gətirir: “30 nəfər düzəldin, 7 manatdan aparım”. Sərnişinlər etiraz edir və naməlum şəxs ordan uzaqlaşır. Nəzərinizə çatdıraq ki, Bakı-Cəlilabad avtobusuna biletin qiyməti Bakı Beynəlxalq Avtovağzalının rəsmi tarifinə əsasən, 3.38 manatdır.

Sərnişinlərdən biri deyir ki, bu avtovağzalın rəhbərliyinin “namyok”udur. Əslində maşın çoxdur, amma rəhbərlik özü maşın ayırmır. Onlar belə adamları göndərirlər ki, camaat sonda bezir, yolda qalmaqdansa, razılaşıb gedir.

Kassaya yaxınlaşıb niyə avtobus ayrılmadığını soruşanda isə bildirirlər ki, 5-10 nəfər yığışıb gəlməlidir burada etiraz etməlidir, sonra bəlkə rəhbərlik görüb avtobus ayırdı, cavabını alırıq.

Başqa bir dayanacağa yaxınlaşırıq. Şəki camaatı çarəsiz şəkildə avtobusun nə vaxt gələcəyini gözləyir. Astara bölməsində isə yararlılıq müddəti çoxdan bitmiş böyük bir ekarus görünür. Görünən odur ki, Avtovağzal rəhbərliyi əlavə pul qazanmaq üçün reysə kənar maşınlar salmışdı.

Əksər rayon avtobuslarının dayanacağındakı mənzərə oxşar idi: Çoxlu insan kütləsi, bir avtobus gələn kimi uşaq demədən, qadın demədən camaat özünə yer atmaq üçün bir-birinin üstünə çıxır.

“Ay qardaş, avtobus olacaq? Gözləyək biz?”, “Bu bayram günlərində camaatın əsəbləriylə necə oynayırlar e bunlar”, “Ay, Səid, uzağa getmə, birdən avtobus gələr, sonra kim yer tutacaq sənə”, “Neyniyim ay bacı, mən adi sürücüyüəm, ağa deyir sür dərəyə, sür dərəyə də...” bu kimi ifadələrin müşayiəti ilə avtovağzaldan uzaqlaşırıq. Gerisi qalıb, hər il bayramlar öncəsi gücləndirilmiş iş rejiminə keçdiyini deyən Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyinə...

Amin

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR