Cocuq Mərcanlı sakinlərinin imtiyazları LƏĞV EDİLMƏYƏCƏK
Bizi izləyin

Sosial

Cocuq Mərcanlı sakinlərinin imtiyazları LƏĞV EDİLMƏYƏCƏK

Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsindən sonra kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri üçün indiyə qədər verilən imtiyazlar ləğv edilməyəcək.

Bu barədə Publika.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.

Onun sözlərinə görə, kənd sakinlərinin nə vaxta qədər imtiyazlardan yararlana biləcəyi ilə bağlı konkret qərar yoxdur:

“İlkin mərhələdə kəndə 50 ailənin köçürülməsi nəzərdə tutulub. Bu sakinlər hələ də, aylıq müavinət, eləcə də digər imtiyazlardan yararlanırlar. Həmçinin Cocuq Mərcanlıya köçənlər arasında ali məktəbə daxil olanlar da təhsil haqqından azaddır. Bu imtiyazların nə zaman ləğv ediləcəyi ilə bağlı isə Komitədə konkret qərar verilməyib”.

Qeyd edək ki, Cocuq Mərcanlıya paytaxt, eləcə də bölgələrdə ağır şəraitdə yaşayan 50 ailə köçürülür. Sonrakı mərhələdə 100 ailənin köçürülməsi planlaşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm