Sosial
Azərbaycan Rusiyadan gələn təhlükəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ - FOTO
Dağıstan Respublikasının Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarında 100 min hektara yaxın ərazi çəyirtkələrin hücumuna məruz qalıb. Bununla bağlı artıq həmin rayonlarda ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib.
Ziyanverici həşəratların Azərbaycan üçün təhlükəsi ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Publika.az-a bildirilib ki, çəyirtkə sürüsünün Azərbaycan Respublikası ərazisinə keçməsi təhlükəsini nəzərə alan Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb və çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazır vəziyyətə gətirilib:
“Dövlət Xidmətinin balansında olan maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, dərhal qarşısı alınsın və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməsin.Eyni zamanda, adıçəkilən qurumlar tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirilir və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır. Mübarizə tədbirləri zamanı əsasən “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilərdən istifadə olunur.
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır”.
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ