"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanıb - Mağazalar bu gün açılmayıb
Bizi izləyin

Sosial

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanıb - Mağazalar bu gün açılmayıb

"Sədərək" və "Binə" ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb.

Publika.az Metbuat.az-a istinadən bildirir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər.

Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır. Bu da alış-veriş etmək istəyənlər tərəfindən narazılıqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm