Sosial
Bu ərazidə bütün köhnə tikililər söküləcək - VİDEO
Nəsimi rayonunda pilot layihə çərçivəsində geniş ərazidə söküntü işlərinə başlanılıb. Rayonun "Papanin" və "Kubinka" adlanan ərazilərində bütün köhnə tikililər söküləcək. Evləri sökülən 50 minə qədər sakin isə yeni binalar tikiləndən sonra müasir mənzillərə sahib olacaq.
Publika.az bildirir ki, "Papanin" və "Kubinka" kimi tanınan ərazilərdə bütün köhnə tikililər söküləcək.
Köhnə binaların yeniləri ilə əvəzlənməsini sakinlər də onların həyat şəraitini yaxşılaşdıracaq önəmli yenilik hesab edirlər.
Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov bildirdi ki, söküntü işləri Nəsimi rayonunun bir neçə hissəsində aparılır.
Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var.
Paytaxtda istismara yararsız binaların sökülərək yerində müasir binaların inşası və həmin binalardan orada yaşayan sakinlərə yeni mənzillərin verilməsi layihəsi dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Söküntü işləri zamanı ərazidə yaşayan sakinlərin yeni bina hazır olanadək bütün kirayə haqları dövlət tərəfindən qarşılanır.
Mövzu ilə bağlı Xəzər TV-nin daha geniş videomaterialını təqdim edirik:
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı