Sosial
Siyavuş Novruzov: “Avtobusda gediş haqqı bahalaşacaqsa...”
"Qarabağ müharibəsi veteranlarına verilən vəsaitin miqdarı artırılmalıdır".
Publika.az xəbər verir ki, bu fikri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib.
Millət vəkili illərdir onlara ayrılan məbləğin dəyişmədiyinə diqqət çəkib:
“Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min, onlara
ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin
olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa,
bu rəqəmdə də dəyişiklik edilməlidir”.
S.Novruzov onu da əlavə edib ki, bu məsələyə fərqli yanaşma
var:
“Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Onların sayı çoxaldıqca, sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gedişhaqqı 20 qəpikdir, bu bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Vətəndaşımız dövlət orqanından narazı düşməlməli, öz haqqını almalıdır. Azərbaycanda şəhid ailələri və veteranlar üçün evlər verilir, lakin Əfqanıstan veteranlarına verilmir. Hər ev paylananda onların 4-5 nəfərinə ev vermək olar”.
Gülxar
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ