Sosial
Dünyanı heyrətdə qoyan 15 yaşlı azərbaycanlı Reyhan: “Lütfizadə kimi iz qoymaq istəyirəm” - - FOTO/VİDEO
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb.
Publika.az Təhsil Nazirliyinin saytına
istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın baş
müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq
Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın
nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu
gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc
yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini
yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə
bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev
dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim
hamımızı ruhlandırır. Təşəkkür edirəm”.
Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o
zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi
həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri
ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci
(Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış
suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan
ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur,
su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik
enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda
toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və
ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə
verir.
Reynerci layihəsi “Climatelaunchpad” yarışmasının Azərbaycan
finalında "Tamaşaçıların ən sevimli startap” adına layiq görülüb.
Reynercinin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da
təqribi 22 watt enerji deməkdir. Gənc ixtiraçı deyir ki, biz bu
enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji
həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini
çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”.
Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”,
kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu
gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı,
"Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Gənc ixtiraçı
dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük
arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır.
İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri
olan biri olmaq istəyirəm”.
Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar,
sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi
illik sahibkarlıq tədbiridir. "İlk növbədə qadınlar, tərəqqi hamı
üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların
dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması
müzakirə edilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR