Sosial
Kərbəla adı ilə Goranboya aparılan qadın Çeçenistana göndərildi
Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın ötən gecə Azərbaycandan Çeçenistana yola salınıb.
Bu barədə modern.az saytına özünü 104 yaşlı Mədinə Əliyeva kimi təqdim edən qadının saxlanıldığı “Tereza ana” sosial sığınacağından məlumat verilib.
“Qadın Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini
demişdi. Müvafiq qurumlarla aparılan dəqiqləşdirmədən sonra onu
Bakıdan Çeçenistana yola saldıq ”.
Bakıdakı “Tereza ana” sığınacağından onu da bildiriblər ki, Mədinə
Əliyevanın yola salınması Rusiyanın Bakıdakı səfirliyinin köməyilə
həll olunub. Qadını Çeçenistandan olan nümayəndələr müşayiət
ediblər. Hətta ona sərhəddi keçmək üçün müvəqqəti sənəd də
verilib.
Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılmışdı. Azərbaycan, rus və çeçen dillərində yaxşı danışa bilən bu ahıl qadının Goranboya necə gəlib çıxması hüquq-mühafizə orqanlarını da təcübləndirmişdi. Tapılandan sonra Bakıdakı sosial sığınacağa yerləşdirilən M.Əliyeva Çeçenistana göndərilməsini xahiş etmişdi.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan