Sosial
“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır
Yanvarın 22-də Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun “Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təliminin açılış mərasimi keçirilib.
Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.
Açılış mərasimində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski bildirib ki, INCU - Ümumdünya Gömrük Təşkilatı və digər təşkilatların gömrük işinin tədqiqatı və tədrisi sahəsində fəal olan universitetlərə və elmi-tədqiqat institutlarına çıxışını təmin etmək məqsədilə 2005-ci ildə yaradılıb. Vahid əlaqə mənbəyi kimi çıxış edən INCU həmçinin gömrük məsələləri ilə bağlı ictimai məlumatlılığı artırmaq, elmi tədqiqatlara rəvac vermək və şərait yaratmaq məqsədini daşıyır.
INCU-nun Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mixail Kaşubski bu qurumun ilk regional ofisinin məhz Bakı şəhərində 2015-ci ildə açıldığını bildirib. Azərbaycanda “Qış məktəbi” təqaüd proqramı üzrə təlimin isə 2016-cı ildən başlayaraq keçirildiyini qeyd edən Katibliyin rəhbəri təlimlərin Dövlət Gömrük Komitəsi ilə birlikdə təşkil olunduğunu söyləyib.
Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin əməkdaşı Vüqar Həmidli bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri də məhz Azərbaycan gömrüyünün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələləridir.
Vüqar Həmidli qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bu məqsədlə Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və digər aidiyyəti qurumlarla davamlı əməkdaşlıq edir. Azərbaycan paytaxtında ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin, eləcə də INCU-nun Regional Ofisinin fəaliyyət göstərməsi deyilənlərə əyani nümunədir.
Sonra ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri doktor Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova çıxış edərək təlimdə iştiraka dəvət aldıqları üçün minnətdarlıqlarını ifadə edib, təlimin məhsuldar və səmərəli keçməsi üçün öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Daha sonra INCU-nun fəaliyyətinə dair, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nəşri olan “Gömrük və İqtisadiyyat Jurnalı” haqqında təqdimat keçirilib.
Açılış mərasimindən sonra isə tədbir iştirakçılarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına səfəri təşkil edilib.
Akademiyada qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağı 2012-ci ilin yanvarında təsis edilib, ilk tələbə qəbulu isə 2014-cü ildə həyata keçirilib. Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.
Bundan başqa, ÜGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinə baş çəkən qonaqlar bu müəssisənin fəaliyyətilə yaxından tanış olublar.
Təlim yanvarın 23-dən başlayaraq ayın 27-dək davam edəcək.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan təlimin gündəliyi “Tarif təsnifatı və preferensial mənşə qaydaları”, “Ümumdünya Gömrük Təşkilatı, gömrük islahatı və modernizasiya”, “Beynəlxalq ticarət əməliyyatları və sənədləşmə” və “Gömrük risklərinin idarə olunması” mövzusunda məruzələrdən ibarətdir.
Təlimi INCU Katibliyinin rəhbəri doktor Mixail Kaşubski, ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri doktor Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova aparacaq.
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü