Sosial
Bakıətrafı qəsəbələrin adsız küçələri - VİDEO
Bakıətrafı qəsəbələrin bir çoxunda elə yerlər var ki, bir neçə ildi yaşayış olsa da, küçələrə ad verilməyib. Nəticədə bu ərazilərdə olan evlərin ünvanı yoxdur. Əməkdaşlarımız küçələrə ad verilməsinin necə həyata keçirildiyini araşdırıb.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələn, Sabunçu rayonunda, Zabrat dairəsinin yaxınlığındakı yaşayış massivində ünvan yoxdur. Maştağa qəsəbəsinin inzibati ərazisindəki bu yerdə yüzlərlə ev olmasına baxmayaraq küçələr adsızdır. Bu fakt isə ünvansız küçələr məsələsini gündəmə gətirir.
Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə icra nümayəndəsinin müavini Fərrux Cavadov deyir ki, küçələrə ad verilməsi ilə bağlı təklif onlar tərəfindən edilsə də, Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bunu təsdiq etməlidir.
Artıq Maştağa qəsəbəsi üzrə 325 küçə ilə bağlı təklif göndərilib. Amma sözügedən ərazi 1963 - cü ildən Abşeron rayonuna icarəyə verildiyindən həmin küçələrlə bağlı təklif qəbul edilməyib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilovun ''Xəzər Xəbər'' ə verdiyi məlumata görə həmin küçə adlarını Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədikdən sonra Komitəyə təqdim edilir. Daha sonra həmin ünvan mərkəzi bazaya əlavə olunur.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan